Hər fürsətdə sağlam qidalanmanın vacibliyini vurğulayaraq, aktiv həyat tərzini mənimsəyən insanların daha enerjili və fit olacağını bildirən prof. dr. Canan Karatay zövqləri alt-üst edən açıqlama verib.
Ucnoqta.az xəbər verir ki, mütəxəssis yay aylarında həvəslə istehlak edilən bəzi meyvələri sadaladı və həddindən artıq istehlak edildikdə müxtəlif sağlamlıq problemlərinə səbəb ola biləcəyini bildirib.
Canan Karatay yay aylarında meyvə istehlakı zamanı diqqət edilməli olan məsələlərə toxunub.
Məlum olduğu kimi bəzi meyvələr tərkibində yüksək şəkər olduğu üçün həddindən artıq istehlak edildikdə zərərli ola bilər. Mütəxəssis bildirib ki, xüsusilə şəkərli diabet xəstələri gilasdan uzaq durmalıdırlar.
Yeməkdən sonra meyvənin istehlak edilməməsi lazım olduğunu vurğulayan mütəxəssis “təhlükəlidir” deyərək xəbərdarlıq edib.
Canan Karatay alçanın çox sağlam olduğunu, ərikdə isə zerdeçaldan daha çox şəkər olduğunu bildirib.
Nektarinin geninin dəyişdirildiyini xatırladan mütəxəssis bu meyvənin əvəzinə şaftalı istehlak etməyin daha yaxşı olduğunu vurğulayıb.
Canan Karatay 4 meyvənin sidik turşusu və trigliseridini artırdığı üçün diqqətli istehlak edilməsi lazım olduğunu bildirib.
O, sağlam fərdlərin, eləcə də xəstəliyi olanların qovun, qarpız, əncir və üzümdən çox istifadə etməməli olduğunu vurğulayıb.
Canan Karatay gavalı, qara tut və böyürtkən kimi tünd rəngli meyvələri xüsusilə tövsiyə edib.