İsrail iyulun 13-də HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarının lideri Məhəmməd Deifin hücumda öldürüldüyünü açıqlayıb.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, bəs Məhəmməd Deif kimdir?
O,1965-ci il avqustun 12-də anadan olub. Son 26 ildə İsrail tərəfindən ən çox axtarılan şəxs olub. Arvadı və iki uşağı 2014-cü ildə hücumda həlak olub.
ABŞ Dövlət Departamenti Deifi 2015-ci ildə xüsusi təyin olunmuş qlobal terrorçular siyahısına əlavə edib.
7 oktyabr Əl-Əqsa tufanı əməliyyatının memarı olub.
Məhəmməd Deif 7 dəfə sui-qəsdə məruz qalıb.