Azərbaycanda 103 yaşlı qadın vəfat edib - FOTO

15:10 - 30 İyul 2024 - ÖLKƏ İÇİ

Biləsuvar rayonunun ən yaşlı sakini vəfat edib.

"Report"un məlumatına görə, rayonun Amankənd kənd sakini olan Əliyeva Balış Rüstəm qızı uzun sürən xəstəlikdən sonra iyulun 30-da 103 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, doqquz övladı, 100-ə yaxın nəvə, nəticə və kötücəsi olan 103 yaşlı B.Əliyeva ötən il vəfat edən Kubra Kazımovadan sonra Biləsuvar rayonunun ən yaşlı sakini idi.

Xəbər xətti