Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) həftə ərzində 885 hektar ərazini mina və PHS-lərdən təmizləyib.
ANAMA-dan verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 66 piyada əleyhinə mina, 31 tank əleyhinə mina, 898 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.