Qusarda korrupsiyaya qarşı mübarizə tədbiri keçirildi

19:27 - 28 İyul 2024 - ÖLKƏ İÇİ

“İctimai İştirakçılığın Dəstəklənməsi" İctimai Birliyinin QHT-lərə Dövlət Dəstəri Agentliyinin maliyyə dəstəyi ilə “Korrupsiyaya qarşı mübarizədə ictimai şuraların potensialı” adlı layihəsi çərçivəsində sonuncu tədbirini Qusar rayonu Gənclər Mərkəzində keçirdi.

Layihənin eksperti Şaban Nəsirov layihə çərçivəsində bu günə qədər görülən işlər barədə iştirakçılara geniş məlumat verdi.

Ekspert korrupsiya və korrupsiyanın yaratdığı fəsadlar, hökumətin korrupsiyaya qarşı apardığı mübarizədə İctimai Şuraların rolundan danışdı. Bildirdi ki, korrupsiya tarix boyu cəmiyyətlərin üzləşdiyi problemlərdən olub və bu gün də əksər ölkələrdə aktual problemlərdən biri olaraq qalmaqdadır. Ümumi inkişafa və təhlükəsizliyə mənfi təsir göstərən korrupsiya əlverişli biznes mühitinin yaranmasına mane olur. Bu üzdən hər bir dövlət korrupsiyaya qarşı ölkənin spesfik xüsusiyyətlərni nəzərə almaqla mübarizə planı həyata keçrir.

Ekspert həmçinin “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Prezidentin sərəncamını diqqətə çatdırmaqla milli fəaliyyət planında dövlət qurumları ilə yanaşı vətəndaş cəmiyyətlərinə də geniş yer ayrıldığını söylədi. Bildirdi ki, İctimai Şuralar bu sərəncama söykənərək korrupsiyaya qarşı effektli mübarizə apara bilər. Ekspert həmçinin bü günə qədər keçirlən tədbirlərdə səsləndirilən təkliflərin toplandığını və adiyyəti qurumlarla müzakirədə toxunulacağını dedi. Bildirdi ki, əsas təkliflər ictimai şuraların fəaliyyətinin gücləndirilməsi istiqamətindədir. Onun sözlərinə görə, rayon icra hakimyyətləri yanında ictimai şuraların daha effektiv fəaliyyətini təmin etmək üçün ictimai iştirakçılıqla bağlı qanuna yeni bəndlərin salınması və qanunun daha da təkmilləşməsinə ehtiyac duyulur. Ekspert ictimai şuraların daha effektiv fəaliyyəti üçün şura üzvlərinin qanunları yaxşı bilməsinin vacib olduğunu bildirdi.

Daha sonra söz alan rayon icra hakimyyəti yanında İctimai Şuranın sədri Nadirşah Məmmədov rayonda görülən işlər barədə məlumat verməklə yanaşı, şura olaraq üzləşdikləri problemlərdən danışdı. İctimai şuralara maliyyə ayrılması, ictimai əsaslarla şuraların kəndlərdə nümayəndəliklərnin açılması kimi təkliflər səsləndi. Tədbir iştirakçıları korrupsiyaya qarşı mübarizədə şuraların gücünün artırılmasında bu təkliflərin həyata keçməsinin çox vacib olduqlarını dilə gətridilər.

Sonra tədbir iştirakçıların sual –cavabı ilə davam etdi.

Ekspert həm iştirakçıların həm də şura üzvlərinin ünvanladığı suallara ətraflı cavab verdi. Layihə rəhbəri tədbirin keçrilməsi üçün yaradılan şəraitə görə rayon icra başçısına və əməkdaşlarına dərin təşəkkürnü bildirdi. Bununla da “Korrupsiyaya qarşı mübarizədə ictimai şuraların potensialı” adlı layihə yekunlaşdı.


Xəbər xətti