Ölkə ərazisində müşahidə olunan hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Ucnoqta.az-a verilən xəbərə görə, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir, bəzi bölgələrdə leysan xarakterli güclü yağış yağır.
Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirir ki, hazırda Gəncə-Qazax və Balakən-Şəki zonasında, eyni zamanda Şahdağ, Daşkəsən, Gədəbəy, Quba, Xaçmaz, Qrız, Qusar, Yardımlıda şimşək çaxır, leysan xarakterli yağış davam edir.
Onun sözlərinə görə ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti iyulun 29-u axşamadək davam edəcək.