İsmayıllı rayonunun 6 kəndinin sakinləri yolsuzluqdan əziyyət çəkir
Ucnoqta.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb. Belə ki, Girdiman çayında körpünün olmaması səbəbindən Həftəsiyab ve 5 kendinin sakinləri çayı təhlükəli vəziyyətdə keçməli olurlar.
Bildirilir ki, bu kəndlərdə mağaza və tibb məntəqəsi də yoxdur. Yaşlılar, uşaqlar, xəstələr məcburən sel sularının axdığı çaydan keçməli olur.