Xaricdə ilk quyudibi zəlzələ müşahidə stansiyası dost və qardaş Azərbaycanın Şuşa şəhərində fəaliyyətə başlayıb.
Ucnoqta.az xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyinin tabeliyindəki Təbii Fəlakətlər və Fövqəladə Halların İdarə Edilməsi İdarəsi (AFAD) məlumat yayıb.
Qeyd edilib ki, AFAD və AMEA-nın əməkdaşlığı ilə hazırlanan müşahidə stansiyası ilə dünyanın hər yerində baş verən zəlzələləri izləmək mümkündür.
"Müşahidə məntəqəsi üçün 100 metr dərinlikdə quyu qazılıb və polad borularla mühafizə olunub. Quyuya 2 yüksək həssaslığa malik zəlzələ sensorları yerləşdirilib. Sensorlar həm yer sürətini, həm də yer səthinin titrəyişini qeydə ala bilir. Sensorlar hətta səthi səs-küy olmadan yüksək dəqiqlikli mikro vibrasiyaları qeyd edə bilir",- deyə əlavə edilib.///trend