Lerikdə sosial sahibkarlıq mövzusunda tədbir keçirilib 

11:56 - 25 İyul 2024 - ÖLKƏ İÇİ

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Güvən" Xeyriyyə ictimai birliyinin icra etdiyi “Sosial sahibkarlığa dəstək” layihəsi çərçivəsində Lerik rayonunda tədbir keçirilib.

Lerik rayon İcra Hakimiyyəti təşkilati dəstəyi ilə həyata keçirilən tədbirdə Lerik rayonun müxtəlif kənd və qəsəbələrindən sahibkarlıqla məşğul olan və mövzu üzrə maraqlı olan gənc oğlanlar və qadınlar iştirak edib.

Tədbirdə çıxış edən təşkilatın sədri və layihə rəhbəri Nigar Bayramlı layihənin donoru və mövzunun aktuallığı, təşkilatın fəaliyyət istiqamətləri barədə məlumatları diqqətə çatdırıb. O, layihənin sonunda təşkil ediləcək təcrübə turu barədə də iştirakçılara məlumat verib. 

Tədbir zamanı layihə eksperti, Biznes və Karyera palanlaması üzrə müstəqil təlimçi Rafət Şirəliyev seminarda iştirak edən gənclərlə sosial problemlər, onların təhlili, sosial problemlərin sosial sahibkarlığa çevrilmə mexanizmi, sosial sahibkarlığın digər biznes modellərindən fərqi və s mövzular müzakirə edilib, gənclərin təqdimatları dinlənilib. Yekunda iştirakçılar layihə barədə müsbət fikirlərini bölüşüb və belə tədbirlərin davamlı təşkilini arzu ediblər. Seminarın yekununda iştirakçılara təşkilat tərəfindən sertifikatlar təqdim olunub.

Mövzu üzrə növbəti tədbir Masallı rayonunda təşkil ediləcək. Layihədən ümumilikdə 100 nəfərdən çox qadınların və gənc oğlanların faydalanması planlaşdırılıb.
Layihənin məqsədi regionda yaşayan təşəbbüskar qadınlar və gənclər oğlanlar arasında sosial sahibkarlığı təşviq etməklə yaşadıqları icmalarda sosial sahibkarlığın inkişafına, eyni zamanda müxtəlif sosial problemlərin həllinə töhfə verməkdən ibarətdir.


Xəbər xətti