Sabirabadda yabanı halda bitmiş 2 tondan çox çətənə kolu məhv edilib
Ucnoqta.az-a DİN-dən verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının “Xaş-xaş-2024” şərti adı altında keçirdikləri əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Ulacalı kəndi ərazisində yabanı halda bitən, yaş halda ümumi çəkisi isə 2 ton 180 kiloqram olan 3120 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.