Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçirilib

11:07 - 25 İyul 2024 - ÖLKƏ İÇİ

Şəki -Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi keçirilib.

Ucnoqta.az xəbər verir ki, müsahibə mərhələsində namizədlərin peşə keyfiyyətləri və psixoloji vəziyyəti komissiya tərəfindən yoxlanılır.
Qeyd edək ki, müsahibəni keçməyən və ya qeydiyyatdan keçib, lakin müsahibəyə dəvət edilməyən namizədlər gələcəkdə təşkil ediləcək müsahibələrə yenidən müraciət edə bilərlər.

Namizədlərin test imtahanı nəticələri 1 (bir) il müddətinə qüvvədədir.


Xəbər xətti