Demokratlar Partiyasının və prezident Co Baydenin əsas donoru Con Morqan bildirib ki, Amerika lideri yenidən seçilməkdən imtina etdikdən sonra seçkilərdə iştirak etmək niyyətində olan vitse-prezident Kamala Harrisi dəstəkləmək üçün vəsait toplamayacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə Morgan ABC News-a deyib.
Onun sözlərinə görə, əgər Trampın kampaniyası rəqibini Demokratlar Partiyasından seçə bilsəydi, Harrisi seçərdi.
"Əgər o, namizəd olarsa, bu axşam Mar-a-Laqoda əsl bayram olacaq", - investor əlavə edib.