Polis 73 şübhəlini saxladı - 54-ü axtarışda idi

10:40 - 22 İyul 2024 - SİYASƏT

İyulun 20-21-də ölkə ərazisində qeydə alınan 78, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 54, o cümlədən borclu şəxs qismində axtarışda olan 36 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 39, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 20 fakt müəyyən edilib. 

Cinayət törətməkdə şübhəli bilinən 73 nəfər saxlanılıb.

Xəbər xətti