Mbappeni "Real"da necə qarşılandığı məlum olub

00:45 - 22 İyul 2024 - İDMAN

"Real Madrid"in fransalı hücumçusu Kilian Mbappe klubun futbolçuları və heyətində müsbət təəssürat yaradıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə As nəşri yazıb. Bildirilir ki, Los Blancosun bir çox futbolçusu yeni komanda yoldaşının münasibəti və davranışından razı qalıb.

Qeyd olunur ki, Mbappe özünü təvazökar aparır və məşqdə var qüvvəsini verir. Kilianın ispan dilini mükəmməl bilməsi klub əməkdaşlarını da sevindirib.

Xəbər xətti