Faktiki hava açıqlanıb

09:53 - 15 İyul 2024 - ÖLKƏ İÇİ

İyulun 15-i saat 9:00-a olan məlumata görə Azərbaycanda əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Lakin iyulun 14-də gündüz Lənkəran-Astara zonasının bəzi yerlərində şimşək çaxıb, qısamüddətli yağış yağıb. Düşən yağıntının miqdarı Astara və Lənkəranda 4 mm olub.

Qeyd edilib ki, şimal-qərb küləyi sarı xəbərdarlığa uyğun olaraq iyulun 14-də Daşkəsən, Şirvan və Culfada 19 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, Naxçıvan MR-da 37, Aran rayonlarında 36, dağlıq rayonlarda 26 dərəcəyədək isti olub.

Xəbər xətti