Berlindəki Olimpiya Stadionunda Avropa çempionatının final oyunu keçirilib
Ucnoqta.az xəbər verir ki, İspaniya yığması futbol üzrə Avropa çempionatının finalında İngiltərə ilə qarşılaşıb - 2:1.
İspaniya millisinin heyətində Niko Uilyams (47) də fərqlənib.
İngilislərin qolunu Koul Palmer (73) vurub. Matçın 87-ci dəqiqəsində Mikel Oyarzabal fərqlənib.
İspaniya millisi tarixdə dördüncü dəfə Avropa çempionatının qalibi olub. İspanlar 1964, 2008 və 2012-ci illərdə Avropa çempionu olublar.
İngiltərə yığması ardıcıl ikinci dəfə turnirin finalında uduzub, britaniyalılar İtaliya komandasına uduzublar (penaltilərdə 1:1, 2:3). İngiltərə yığması heç vaxt Avropa çempionatının qalibi olmayıb.