İspaniya dördüncü dəfə Avropa çempionatının qalibi oldu

00:53 - 15 İyul 2024 - İDMAN

Berlindəki Olimpiya Stadionunda Avropa çempionatının final oyunu keçirilib

Ucnoqta.az xəbər verir ki, İspaniya yığması futbol üzrə Avropa çempionatının finalında İngiltərə ilə qarşılaşıb - 2:1.

İspaniya millisinin heyətində Niko Uilyams (47) də fərqlənib.

İngilislərin qolunu Koul Palmer (73) vurub. Matçın 87-ci dəqiqəsində Mikel Oyarzabal fərqlənib.

İspaniya millisi tarixdə dördüncü dəfə Avropa çempionatının qalibi olub. İspanlar 1964, 2008 və 2012-ci illərdə Avropa çempionu olublar.

İngiltərə yığması ardıcıl ikinci dəfə turnirin finalında uduzub, britaniyalılar İtaliya komandasına uduzublar (penaltilərdə 1:1, 2:3). İngiltərə yığması heç vaxt Avropa çempionatının qalibi olmayıb.

Xəbər xətti