Cavid Qurbanov yenidən deputat olmaq istəyir - Bu dairədən…

14:35 - 10 İyul 2024 - Xəbər

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sabiq sədri Cavid Qurbanov yenidən deputat olmaq istəyir. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Cavid Qurbanov bu il sentyabrın 1-ə təyin olumuş növbədənkənar parlament seçkilərində namizəd olmağa hazırlaşır. 

Onun 123 saylı Kəlbəcər seçki dairəsindən deputatlığa namizəd olacağı gözlənilir. 

Xatırladaq ki, Cavid Qurbanov Milli Məclisin III, IV, V çağırış deputatı olub. 

Xəbər xətti