"Köhnə maşınlar daha da ucuzlaşacaq" - İqtisadçı

13:21 - 10 İyul 2024 - Xəbər

“Hazırda bir çox seqmentlər üzrə avtomobil bazarında qiymətlərin enməsi müşahidə olunur. Bu ucuzlaşma taksilərə qoyulan tələblərlə bağlıdır. Qaydaların sərtləşdirilməsi ona gətirib çıxardı ki, bir çox taksi sahibləri avtomobillərini satmağa üstünlük verirlər. İstehsal tarixi 15 ildən artıq olan avtomobillər dəyər-dəyməzinə satılır. Bu da bazarda avtomobil həcmin artmasına, avtomatik olaraq qiymətlərin ucuzlaşmasına səbəb olur”.

Bunu Bakupost.az -a Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, professor Elşad Məmmədov son vaxtlar avtomobil bazarında müşahidə olunan ucuzlaşmaya münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, elektromobillərin sayının artması, bu avtomobillər üçün tətbiq olunan güzəştlər də bazarda qiymətlərin düşməsi ilə nəticələnir:

“Hibrid avtomobillər və elektromobillər bazara daxil olduqca, köhnə maşınların qiyməti daha da ucuzlaşacaq”.

 

Xəbər xətti