Avro-2024-ün 1/4 finalında keçiriləcək Niderland - Türkiyə oyunu üçün hakim təyinatları açıqlanıb.
Ucnoqta.az UEFA-nın saytına istinadən xəbər verir ki, matçı Fransa Futbol Federasiyasından Kleman Turpin idarə edəcək. Ona həmyerliləri Nikolas Danis və Benjamin Paqes köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Feliks Zvayer (Almaniya) yerinə yetirəcək.
Qeyd edək ki, iyulun 6-ı keçiriləcək Niderland - Türkiyə görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.