Bərdədə güclü külək bir neçə qəbiri dağıtdı

15:38 - 21 İyun 2024 - Xəbər

Bərdə rayonunda güclü qasırğanın aşırdığı irigövdəli ağac qəbirlərə ziyan vurub.

Ucnoqta.az report-a istinadla xəbər verir ki, ötən gecə baş verən qasırğa Bərdə rayonunda ciddi fəsadlar törədib.

Rayonun Kələntərli kənd qəbiristanlığında güclü küləyə tab gətirməyərək aşan çoxillik qovaq ağacı Sarıtel Misir qızı Cavadova və Asim Məhəmməd oğlu Cavadovun qəbirlərini tamamilə dağıdıb. Aşan ağacın zərbəsi nəticəsində ətrafda olan qəbirlərdən bir neçəsinin sinə daşlarında çatlar əmələ gəlib. SEO Nədir

Kənd sakinlərinin bildirdiyinə görə, küləyin aşırdığı ağac qəzalı vəziyyətdə olub.

Xəbər xətti