Qarabağ Universitetində VAKANSİYA VAR

11:00 - 21 İyun 2024 - ÖLKƏ İÇİ

Qarabağ Universitetinin İncəsənət fakültəsində müəllim vakansiyası elan olunub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb

Bildirilib ki, Qarabağ Universitetində musiqişünaslıq, piano, violin, klarnet, saksafon, tar, kamança, saz, qanun, balaban, nağara, qarmon alətləri; xanəndəlik, rəsm, rəngkarlıq, sənətşünaslıq və milli vokal istiqamətləri üzrə müəllim vakansiyaları elan edilib.

Vakansiya üzrə son müraciət tarixi iyulun 7-dir.


Xəbər xətti