Xaqani Məmmədov “Oyunların toxunulmazlığı” Komissiyasının təlimatını pozduğuna görə 2 il müddətinə şərti cəzalandırılıb.
Ucnoqta.az xəbər verir ki, AFFA İntizam Komitəsinin iclası keçirilib. İclasda Azərbaycan yığmasının sabiq hücumçusu Xaqani Məmmədovla bağlı qərar qəbul edilib.
Azərbaycan Misli Premyer Liqasında sonuncu dəfə “Araz-Naxçıvan” klubunda məşqçi işləmiş 48 yaşlı Məmmədov Xaqani Nürəddin oğlu “Oyunların toxunulmazlığı” Komissiyasının təlimatını pozduğuna görə 2 il müddətinə şərti cəzalandırılıb.
Sınaq müddəti 24 ay təyin edilib.