Cənubi Koreya və ABŞ hərbi təyyarələri təlimlər keçirib

11:50 - 20 İyun 2024 - DÜNYA

Koreya Respublikası və ABŞ Hərbi Hava Qüvvələri döyüş təyyarələri və AC-130J yerüstü atəşə dəstək təyyarəsinin iştirakı ilə təlimlər keçirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Yonhap agentliyi Cənubi Koreya ordusuna istinadən məlumat yayıb.

Dörd günlük təlim Koreya Respublikasının müxtəlif ərazilərində baş tutub və cümə axşamı başa çatıb. Cənubi Koreya tərəfi F-15K və KF-16 qırıcılarını, Birləşmiş Ştatlar isə quru qoşunlarına havadan birbaşa atəş dəstəyi vermək və döyüş kəşfiyyatı aparmaq üçün nəzərdə tutulmuş “uçan batareya” olan AC-130J təyyarəsini də yerləşdirib. Bu təyyarə 30 və 105 mm-lik toplarla silahlanıb.

Bildirilir ki, AC-130J cümə axşamı təlim zamanı Sarı dəniz səmasında həqiqi mərmilərdən istifadə edib. 

Koreya Respublikası Hərbi Hava Qüvvələri qeyd edib ki, manevrlər iki ölkənin müdafiə qabiliyyətini gücləndirmək və müttəfiqi qorumaq üçün Amerikanın geniş çəkindirmə vədlərini həyata keçirməyə hazır olduğunu nümayiş etdirmək məqsədi daşıyır. 

Xəbər xətti