Azərbaycanda bayram tətili bitdi

07:50 - 20 İyun 2024 - ÖLKƏ İÇİ

Azərbaycanda beş günlük bayram tətili bitib.

Ucnoqta.az xəbər verir ki, bu gündən iş günləri başlayıb.

Qeyd edək ki, 15 iyun Milli Qurtuluş Günü, 16-17 iyun Qurban bayramı günləri olub.

Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.

Bu il 15 iyun şənbə, 16 iyun bazar gününə təsadüf etdiyi üçün 18 və 19 iyun tarixləri də qeyri-iş günləri olub.

Bununla da, ardıcıl olaraq 15, 16, 17, 18 və 19 iyun tarixləri qeyri-iş günləri olub.

Xəbər xətti