Modriç "Real"la yeni müqavilə imzalayıb

00:12 - 14 İyun 2024 - İDMAN

Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç "Real"la yeni müqavilə imzalayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Marca” qəzeti məlumat yayıb.

Məlumata görə, artıq tərəflər arasında rəsmi əmək müqaviləsi bağlanıb. Klub yaxın vaxtlarda xorvatiyalı ilə əməkdaşlığı davam etdirəcəyini açıqlayacaq. Modriç ötən mövsüm La Liqada 32 oyun keçirib, 2 qol vurub və 6 məhsuldar ötürmə edib. Ümumilikdə xorvatiyalı "Real"ın heyətində 533 oyun keçirib.

Bildirilir ki, İspaniya çempionatında ötən mövsüm 29 matça çıxan, 3 qol vuran və 6 məhsuldar ötürmə verən müdafiəçi Lukas Vaskes də İspaniya nəhəngi ilə yeni müqavilə imzalayıb.

Xəbər xətti