Azərbaycanın idmançısı Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

14:41 - 29 May 2024 - Xəbər

Azərbaycan triatlonçusu Rostislav Pevtsov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Gənclər və İdman Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, yeni açıqlanan yekun olimpiya reytinqində Pevtsov 52-ci yerdə qərarlaşıb.

Onun lisenziyasını Dünya Triatlonu təsdiqləyib.

Qeyd edək ki, Pevtsov üçüncü dəfə olimpiadada iştirak edəcək.

Xəbər xətti