Emin Mahmudov azarkeşlərdən üzr istədi

23:34 - 27 May 2024 - Xəbər

"Neftçi" klubunun kapitanı 32 yaşlı futbolçu Azərbaycan Premyer Liqasında cari mövsüm uğursuz çıxış edərək mükafatçılar sırasından və avrokuboklardan kənar qaldıqları üçün azarkeşlərdən üzrxahlıq edib.

Ucnoqta.az xəbər verir ki, Azərbaycan millisinin üzvü bu barədə "X" sosial şəbəkə hesabında yazıb.

"Neçə gündür ki, sizə yazmaq istəyirəm. Ancaq indi özümdə güc və inam tapıb sizə səslənirəm. Bilirəm ki, bu dəqiqə çox üzgünsünüz. Gözləntilərinizi qarşılaya bilmədik. Siz azarkeşlərin istədiklərini verə bilmədik. Bilməyinizi istəyirəm ki,tək son oyuna görə yox, ümumi mövsümə görə çox utanıram. Sizlər bu nəticəyə layiq deyilsiniz. “Neftçi” ailəsinin kapitanı olaraq sizə bunları yaşatdığımıza görə üzr istəyirəm!", - deyə o bildirib.

Xəbər xətti