Madrid 2024-cü ildə Kiyevə 1 milyard avro hərbi yardım ayıracaq

16:42 - 27 May 2024 - DÜNYA

İspaniya hökuməti 2024-cü ildə Ukraynaya 1 milyard avro hərbi yardım ayıracağına söz verib.

Ucnoqta.az xəbər verir ki, bunu Krallığın Baş naziri Pedro Sançes Madriddə Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında deyib.

Liderlər ikitərəfli təhlükəsizlik sazişi imzalayıblar.

“Saziş həmçinin İspaniyanın bu 2 illik müharibə zamanı verdiyi mühüm dəstəyi əhatə edir və 2024-cü il üçün 1 milyard avro məbləğində hərbi dəstək öhdəliyini ehtiva edir ki, bu da Ukraynaya öz imkanlarını gücləndirməyə imkan verəcək”, - Sançes bildirib.

Xəbər xətti