Səudiyyə Ərəbistanı 12 ildən sonra Suriyaya səfir təyin edib

15:48 - 27 May 2024 - DÜNYA

Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Əl Səud Suriyaya yeni səfir təyin edib.

Ucnoqta.az-ın məlumatına görə, Səudiyyə Ərəbistanının mətbuat agentliyi xəbər verir ki, krallığın Dəməşqdəki 2012-ci ildə bağlanmış diplomatik missiyasına Seyf bin Səud əl-Mucfel rəhbərlik edəcək.

Səudiyyə Ərəbistanı və Suriya 2023-cü ilin mayında diplomatik münasibətləri bərpa etmək barədə razılığa gəliblər. Ər-Riyaddakı ərəb səfirliyi ölkələr arasında münasibətlərin normallaşmasından bir neçə ay sonra işini bərpa edib. Bu ilin əvvəlində Səudiyyə Ərəbistanı müvəqqəti işlər vəkili Abdullah əl-Harisin rəhbərlik etdiyi Dəməşqdə səfirliyini açıb.

Xəbər xətti