Dünyanın ən bahalı futbol klubunun adı açıqlanıb

22:05 - 23 May 2024 - İDMAN

Forbes jurnalına görə "Real Madrid" 2024-cü ildə dünyanın ən dəyərli futbol klubu olub.

Ucnoqta.az xəbər verir ki, nəşrin məlumatına görə, İspan komandasının təxmini dəyəri 6,6 milyard dollardır.

Reytinqdə ikinci yeri 6,55 milyard dollarla “Mançester Yunayted” tutub. Üçüncü yeri 5,6 milyard dollar nəticə ilə Kataloniya “Barselona”sı tutub.

Azalma ardıcıllığı ilə ilk 10-luğa həmçinin "Liverpul", "Mancester City", "Bayern Münhen", "PSJ", eləcə də London "Tottenham", "Celsi" və "Arsenal" daxildir.

Xəbər xətti