Şəki Xan Sarayının bərpasına başlanılacaq

16:43 - 23 May 2024 - Cəmiyyət

Şəkinin “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisində qalanın təmir-bərpa işləri aparılır.

Bunu Trend-ə açıqlamasında Dövlət Turizm Agentliyinin baş memarı Nizami Qasımzadə deyib.

O bildirib ki, qalanın daxilində üç binada da təmir- bərpa işləri aparılır.

“Bunlar şəbəkə emalatxanası, diyarşünaslıq və qeyri yaşayış binasıdır. İlin sonuna qədər çalışacağıq ki, işləri başa çatdıraq. Bu binaların təmir-bərpa işlərindən sonrakı etaplarda Şəki Xan Sarayının bərpasına başlayacağıq”,-deyə memar qeyd edib.

Xəbər xətti