Ukraynanın itkiləri açıqlanıb

14:19 - 23 May 2024 - DÜNYA

Son 24 saat ərzində Rusiya hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 53 PUA, 6 ATACMS raketi, üç Hammer bombası və 47 MLRS mərmisini vurub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, xüsusi hərbi əməliyyat başlayandan bu günə kimi 601 təyyarə, 274 helikopter, 24 551 pilotsuz uçuş aparatı, 523 zenit-raket kompleksi, 16 134 tank və digər zirehli döyüş texnikası, 
1310 reaktiv reaktiv sistemli döyüş maşını, 9771 səhra artilleriya və minaatan, o cümlədən 21935 ədəd xüsusi təyinatlı hərbi texnika məhv edilib:.

Xəbər xətti