Çin konqresmenlərdən Tayvana səfər etməməyi tələb etdi

12:59 - 23 May 2024 - DÜNYA

ÇXR Birləşmiş Ştatlardan “vahid Çin” prinsipinə riayət etməyi və Konqres üzvlərinin Tayvana səfərlərini təşkil etməkdən imtina etməyi tələb edir.

Ucnoqta.az xəbər verir ki, bu barədə brifinqdə Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Van Venbin məlumat verib.

"ABŞ Konqresi ABŞ hökumətinin bir hissəsidir və ABŞ-ın "vahid Çin" siyasətinə əməl etməlidir. ABŞ konqresmenləri Tayvana səfər edərlərsə, "vahid Çin" prinsipini ciddi şəkildə pozmuş olacaqlar". 
“Çin Birləşmiş Ştatlardan “vahid Çin” prinsipinə və üç Çin-ABŞ birgə kommünikesinin müddəalarına riayət etməyi və Konqres üzvlərinin Tayvana səfərlərini təşkil etməkdən çəkinməyi tələb edir”, - o deyib.

Xəbər xətti