Bu yolda hərəkət məhdudlaşdırılacaq

17:09 - 22 May 2024 - Xəbər

M4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 26.5-ci km-də yeni inşa edilən yerüstü piyada keçidinin platformasının quraşdırılması ilə əlaqədar olaraq 23 may saat 00:00-dan 07:00-dək qeyd olunan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti işlərin aparıldığı zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Ucnoqta.az-a verilən məlumata görə, sürücülərdən qeyd olunan saatlarda sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

Xəbər xətti