İyunun 3-də Günəş sisteminin planetlərinin ulduzun bir tərəfində düzüləcəyi görünməz “planetlərin paradı” gündüz səmasında Yerdən görünməyəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a astronom, Moskva Planetariumunun metodiki təminat şöbəsinin rəhbəri Lyudmila Koşman məlumat verib.
“İyunun 3-də bütün planetlər Günəşin bir tərəfində bu ardıcıllıqla yerləşəcəklər: Günəş, Venera, Yupiter, Merkuri, Uran, Mars, Neptun və Saturn. Onlar şimal-şərqdən cənub-şərq üfüqünə qədər olan sektorda yerləşirlər və gündüz səmasında görünmürlər. Səmavi sərgərdanlar Günəşin parlaq şüaları altında itirlər” - KMoşman deyib.
Bu zaman yalnız Saturn səmada yeganə nəzərə çarpan planetə çevriləcək - onu çox qısa müddətə (bir saatdan az) günəş çıxmazdan əvvəl aydın səmada üfüqdən yuxarıda görmək olar.
Ənənəvi "planetlərin paradı" onların yerləşdiyi daha dar bir sektoru nəzərdə tutur - bu dəfə astronomun aydınlaşdırdığı kimi təxminən 90 deyil, 20-30 dərəcə.
"Bazar ertəsi, iyunun 3-də bütün planetlər Marsa yaxın olacaq, sönən Ayın nazik ayparası ilə birləşəcək" -o, deyib.