Abşeronda yol qəzasında ağır xəsarət alan tələbə xəstəxanada ölüb

22:59 - 14 May 2024 - SİYASƏT

İki gün əvvəl Abşeronda yol qəzasına düşən Sumqayıt Dövlət Universitetinin 23 yaşlı tələbəsi xəstəxanada ölüb.

Mayın 12-də ağır yol-nəqliyyat hadisəsində xəsarət alan Sumqayıt Dövlət Universitetinin tələbəsi, 2001-ci il təvəllüdlü Məmməd Vüsal Allahbaxış oğlu Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Aparılan tibbi müdaxilələrə baxmayaraq, o, bu gün xəstəxanda ölüb.

Faktla bağlı araşdırma aparılır./report

 

Xəbər xətti