Fransa Xarici İşlər Nazirliyi gözlənilmədən bəyanat yayıb
Ucnoqta.az xəbər verir ki, Fransa XİN Ermənistan və Azərbaycan işlər nazirləri arasında Almatıda aparılan danışıqları alqışlayıb.
Fransa mayın 10 və 11-də Almatıda Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında danışıqların yeni sessiyasının keçirilməsini alqışlayıb.
Fransa 2022-ci il oktyabrın 7-də Praqada keçirilən dördtərəfli görüşə uyğun olaraq, bu proses üçün əsas kimi 1991-ci il Almatı bəyannaməsinə, onların ərazi bütövlüyünün qarşılıqlı tanınmasına bağlı olduqlarını Tərəflər tərəfindən təsdiqlənməsinin vacibliyini vurğulayıb.
Xatırladaq ki, beynəlxalq ictimaiyyətin böyük hissəsi Qazax istiqamətində delimitasiyanın başlanmasını və müvafiq olaraq, işğal olunmuş 4 kəndin Azərbaycana qaytarılmasını dəstəkləsə də, Fransa tərəfi susaraq, açıq-aydın onun həyata keçirdiyi prosesdən razı qalmamışdı.