Bakının Nərimanov rayonunda 32 yaşlı qadın yol qəzasında xəsarət alıb.
“Report” xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1992-ci il təvəllüdlü Hacıyeva Nərmin Bayram qızı xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin küt travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.