“Qarabağ” iki futbolçusu ilə müqaviləni yeniləyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
Belə ki, Ağdam klubu 20 yaşlı hücumçu Nəriman Axundzadə ilə daha 4 il müddətinə, 27 yaşlı müdafiəçi Bəhlul Mustafazadə ilə 3 il müddətinə müqavilə bağlayıb.
Qeyd edək ki, Nəriman Axundzadə 2022-ci ildən “Qarabağ”ın əsas komandasının üzvüdür.
B.Mustafazadə 2021-ci ildən Ağdam təmsilçisində oynayır.