FİFA Adamu Alhassanın transferi üçün Kano Pillars FC klubuna məşq haqqını ödəmədiyi üçün "Altay"ı 6 xalla cəzalandırıb.
Ucnoqta.az xəbər verir ki, bu mövsüm Milli Klub Lisenziyasını yeniləyə bilmədiyi üçün Türkiyə Futbol Federasiyası (TFF) tərəfindən 3 xalı silinən qara-ağlar yenidən ağır cəzas ilə üzləşib.
FİFA 2019-2020-ci illər mövsümündə “ağ-qaralar”ın heyətində çıxış edən nigeriyalı futbolçu İbrahim Əlhassan Adamunun yetişdirdiyi “Kano Pillars FC” klubuna ödənilməmiş məşq haqqına görə Altayı 6 xalla cərimələyib.
Beləliklə, cari mövsümdə cəmi 9 xalı silinən Altay 9 xala düşüb və 17-ci pillədə qalıb. İzmir komandasının FİFA ilə apardıqları məhkəmə çəkişmələri səbəbindən yeni cəzalarla üzləşəcəyi gözlənilir.