“İnter Mayami” klubunun argentinalı hücumçusu Lionel Messi Şimali Amerika Böyük Futbol Liqasında (MLS) ötən ayın ən yaxşı oyunçusu mükafatını qazanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
Messi apreldə dörd oyun keçirib. 36 yaşlı futbolçu altı qol vurub və dörd məhsuldar ötürmə edib.
"İnter Mayami" 11 turdan sonra Şərq Konfransının turnir cədvəlinə başçılıq edir. Komandanın 21 xalı var.