Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verildi

16:32 - 2 May 2024 - Xəbər

VI çağırış Milli Məclisin deputatı Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilib.

Ucnoqta.az xəbər verir ki, bununla bağlı MSK-nın bu gün keçirilən iclasında qərar qəbul edilib.

Məsələni təqdim edən MSK katibi Arifə Muxtarova bildirib ki, Prezident İlham Əliyevin aprelin 8-də imzaladığı Sərəncamla R.Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunub:

“Konstitusiyanın 89-cu maddəsinin I hissəsinin 4-cü bəndinə əsasən, Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutduqda mandatından məhrum edilir”.

Yuxarıda sadalananları nəzərə alaraq MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsini nəzərə alıb.

Beləliklə, məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Xəbər xətti