“Şuşada türk dünyasından bəhs edən ortaq filmin çəkilməsi razılaşdırılıb”.
Oxu.Az xəbər verir ki, bununla bağlı VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərcivəsində keçirdiyi brifinqdə layihənin ideya müəllifi və rejissoru, Azərbaycanın Xalq artisti Vaqif Mustafayev danışıb.
O qeyd edib ki, Molla Nəsirəddindən bəhs edəcək film ortaq türk dəyərləri, adət-ənənələri və qəhrəmanları haqqında olacaq:
“Filmi altı türk dövləti birlikdə ərsəyə gətirilir. Hər bir dövlətin tanınmış aktyorları yer alacaq”.
Həmçinin, “CineMastercard” kinoteatrlar şəbəkəsinin Müşahidə Şurasının sədri Zaur Darabzadə bildirib ki, filmin çəkilişi avqust ayında başlayacaq, ilin sonunda yekunlaşdırılacaq.
O qeyd edib ki, 100 dəqiqədən ibarət film hissələrə bölünərək türk dünyasının bütün ölkələrində çəkiləcək:
“Film kinoteatrlarda nümayiş üçün nəzərdə tutulub. Həmçinin, Kann festivalında, Venesiyada və s. beynəlxalq festivallarda nümayiş olunacaq. Türk dünyasının ortaq filminin maliyyəsi TÜRKSOY tərəfindən həyata keçiriləcək. Ayrı-ayrı dövlətlər buna maddi yardım edə bilərlər”.