21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirəcək.
Ucnoqta.az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
U-21 Slovakiya yığması ilə görüşəcək. Matç iyunun 7-də baş tutacaq.
Millimizin səfər qarşılaşması Senec şəhərində yerləşən Təlim-Məşq Mərkəzində keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.