Braziliya millisinin heyətində ikiqat dünya futbol çempionu olmuş Ronaldo 2021-ci ildən bəri sahib olduğu “Kruzeyro”nun nəzarət paketini satıb.
Ucnoqta.az xəbər verir, bu barədə ESPN məlumat yayıb.
Klubun yeni sahibi Braziliyanın ən böyük supermarket şəbəkələrindən birinin yaradıcısı Pedro Fiqeyredodur. Satışın məbləği 117 milyon dollar qiymətləndirilir.
“Bilirəm ki, azarkeşlərin əksəriyyəti Kruzeyronu milli və beynəlxalq səhnəyə qaytardığına görə mənə və komandama minnətdardır. Məqsədimə nail oldum. Bu həmişə ideya olub - "Kruzeyro"nu geri qaytarmaq və lazımi vaxtda lazımi şəxsə vermək”, - 47 yaşlı Ronaldo mətbuat konfransında deyib.
Ronaldo 2021-ci ilin dekabrında "Kruzeyro"nu təxminən 70 milyon dollara alıb. Onun rəhbərliyi dövründə "Kruzeyro" birinci diviziona qayıtdı və 2023-cü ili liqa cədvəlində 14-cü yerdə başa vurub.