ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz qərarı qlobal bazarları yaxından izləyən investorların gündəmindədir. 2022-ci ildən yüksək inflyasiyaya qarşı sərt pul siyasəti yürüdən FED bu ilin ilk iki iclasında faiz dərəcələrində dəyişiklik etməyib. Martın 19-20-də keçirdiyi siyasət iclasında bir gecəlik faiz dərəcəsini 5,25% - 5,50% arasında saxladı.
Ucnoqta.az xəbər verir ki, FED sədri Cerom Pauel son açıqlamasında faiz dərəcəsinin aşağı salınması ilə bağlı açıqlama verib. Buna görə də dollar, qızıl, birja və kriptovalyuta investorları FED-in yeni faiz qərarının necə olacağı ilə maraqlanır.
FED faiz qərarları ilə bağlı iclas cədvəli açıqlanıb. ABŞ Federal Ehtiyat Sisteminin aprel ayı üzrə faiz dərəcəsi ilə bağlı iclası 30 aprel - 1 may tarixlərində keçiriləcək. İclasdan sonra faiz qərarı mayın 1-də açıqlanacaq.