"Liverpul"da Kloppun sürpriz əvəzedicisi müəyyənləşib

00:16 - 24 Aprel 2024 - İDMAN

Hollandiyanın "Feyenoord" klubunun rəhbəri Arne Slot İngiltərənin "Liverpul" klubunun baş məşqçisi postunda Yurgen Kloppu əvəzləyə bilər. 

Ucnoqta.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

Məlumata görə, Slot bu posta əsas namizəddir, lakin “Liverpul” hələ ki mütəxəssislə danışıqlara başlamayıb.

Slot 2021-ci ildən "Feyenoord"u çalışdırır. O və komanda ötən mövsüm Hollandiya çempionu olub. O, ölkə kubokunu da qazanıb. 2022-ci ildə onun rəhbərliyi altında "Feyenoord" Konfrans Liqasının finalına yüksəlib və burada İtaliya "Roma"sına uduzub.

Alman mütəxəssis Klopp 2015-ci ilin payızından İngiltərənin "Liverpul"unda çalışır.

Xəbər xətti