ABŞ İranın iki şirkət və dörd fiziki şəxsinəə qarşı sanksiya tətbiq edib

00:01 - 24 Aprel 2024 - DÜNYA

ABŞ kritik infrastruktura kiberhücumlarda iştirak etdiyi iddia edilən İrandan iki şirkət və dörd şəxsə qarşı sanksiyalar tətbiq edib. 

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Sənəddə qeyd olunur ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kiber komandanlığının rəhbəri də daxil olmaqla, iki şirkət və dörd şəxsə məhdudiyyətlər qoyulub. ABŞ Xəzinədarlığı onların "10-dan çox ABŞ şirkəti və dövlət qurumuna" təsir edən zərərli kiber fəaliyyətdə iştirak etdiyini iddia edir. Öz növbəsində ABŞ Dövlət Departamenti bu iddia edilən kiberhücumların hədəfinin həm də üçüncü ölkələrdəki şirkətlər olduğunu bildirib.

Xəbər xətti