Sumqayıtda yaşayış binasında yanğın olub

17:39 - 23 Aprel 2024 - HADİSƏ

Sumqayıtda yanğın baş verib.

FHN-dən Ucnoqta.az-a verilən xəbərə görə, şəhərin Hacı Zeynalabdin qəsəbəsində beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindən 4-cü mərtəbəsinə kimi şaxtadan keçən elektrik kabelləri 12 p.m yanıb.

Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti